Son 4 ayda 31 nəfər içkidən zəhərlənib

Son 4 ayda 31 nəfər içkidən zəhərlənib

Bu ilin aprel ayından indiyədək 31 nəfər alkoqollu içkidən zəhərlənib.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

O bildirib ki, yay mövsümündə müraciətlərin sayı o qədər də çox deyil:

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il müraciətlərin sayı nisbətən azalıb. Aprelə qədər zəhərlənmələrlə bağlı müraciətlər daha çox olur. Xüsusilə aprel-may aylarında 18 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib. İyun-iyul aylarında dəm qazından zəhərlənmə ilə bağlı çox az adam müraciət edib.

Aprel ayından bu günə qədər 49 nəfər müxtəlif dərman preparatlarından, 8 nəfər sirkə turşusundan, 31 nəfər isə alkoqoldan zəhərlənmə ilə müraciət edib. Müraciətlər arasında ölüm halları qeydə alınmayıb”.

Toksikoloq deyib ki, bundan başqa, 41 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib:

“Bu ilin aprel ayından bu günə qədər 54 nəfər ilan, 3 nəfər isə əqrəb sancması ilə bağlı müraciət edib”.

A.Maqsudov onu da qeyd edib ki, ötən il ilə müqayisədə müraciətlərin sayında ciddi artım müşahidə edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...