Qəza aradan qaldırıldı, elektrik enerjisi bərpa olundu

Qəza aradan qaldırıldı, elektrik enerjisi bərpa olundu

Ötən gün gecə saatlarında qəza nəticəsində Abşeron rayonu, Quşçuluq massivinin və Masazır qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.

Bunu Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, hazırda ölkə boyu hər yerdə dayanıqlı elektrik enerjisi təchizatı var:

“Ötən gecə baş verən qəzadan dərhal son əməkdaşlarımız və texnikamız hadisə yerinə yollandı. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...