Tovuzda motosikletdən yıxılan şəxs xəstəxanda dünyasını dəyişib

Tovuzda motosikletdən yıxılan şəxs xəstəxanda dünyasını dəyişib
Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Yusif Tağıyev üçtəkərli yedəkli motosikletin yük yerində olan sement kisələrinin üzərində əyləşən zaman ehtiyatsızlıqdan yıxılıb. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılıb. Xəstəyə ağır kəllə beyin diqaqonzu qoyulub. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...