Qəbələdəki zəhərlənmə ilə bağlı son xəbər: 75 nəfər xəstəxanalıq olub

Qəbələdəki zəhərlənmə ilə bağlı son xəbər:
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

O bildirib ki, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, qalanları kişidir:

“Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Rayon Mərkəzi Xəstəxanasında lazımi yardım edilib. Gecə saat 2-də xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qalıb”.

Nazirlikdən qeyd edilib ki, baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb.

Xəstəxana gücləndirilmiş rejimdə işləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...