Bu ərazilərdə işıq yoxdur

Bu ərazilərdə işıq yoxdur

Hazırda Ceyranbatan və Bağlar massivində qabaqlayıcı tədbirlər məqsədilə elektrik enerjisi təchizatı dayandırılıb.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, qurum baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür:

“Hazırda Bakıda və regionlarda istehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yoxdur. Havanın küləkli və yağışlı olması səbəbindən yalnız Abşeron yarımadasının bəzi ərazilərində baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq bir neçə dəqiqəlik elektrik enerjisi təchizatı dayandırılır.

Hazırda bu tədbirlər Ceyranbatan və Bağlar massivində həyata keçirilir. Təchizatın dayandırılması isə 30 dəqiqədən çox çəkmir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...