2 nəfərin ölümünə səbəb olan “cərrah”la bağlı yeni gəlişmə

2 nəfərin ölümünə səbəb olan “cərrah”la bağlı yeni gəlişmə
Azərbaycanda 2 pasiyenti cərrahiyyə masasında dünyasını dəyişən Sirus Qoçqani ilə bağlı maraqlı gəlişmə var. Onun köməkçisi və həyat yoldaşı ictimai vəkil Samir Zeynalova hədə mesajları yollayır, özü isə sertifikasiya şəhadətnaməsi ilə bağlı sualları cavablandırmaqdan yayınır.

Bu ilin mayında Sirus Qoçqaninin bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib. “Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlulandırıblar. Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil. Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi.

Sona Gürgün Vəliyevanın ailəsinin nümayəndəsi olan Samir Zeynalov deyir ki, hər iki ölümlə nəticələnən əməliyyatdan əvvəl əməliyyatların keçirilməsinə əks göstəriş olub. Üstəlik, pasiyentləri əməliyyatın təhlükəsizliyinə inandırmaq üçün Sirus Qoçqaninin köməkçisi videolar da paylaşır. Həmin videolardan birini də ictimai vəkil redaksiyamıza təqdim edib. Bundan başqa, Samir Zeynalov Sirus Qoçqaniyə sosial şəbəkələr üzərindən ünvanlanan ittihamlarla bağlı məlumatları da redaksiyamızla bölüşüb. Həmin məlumatları da oxucularımıza tədqim edirik.

2 nəfərin ölümünə səbəb olan “cərrah”la bağlı yeni gəlişmə


İctimai vəkil deyir ki, Sirus Qoçqaninin özü haqda açıqladığı məlumatlar şübhəlidir: “Təhsili, harada çalışması ilə bağlı qeydləri var. Yazır ki, İranda bir klinikada çalışıb - Kuhenur. Araşdırdım, elə bir klinika yoxdur. Digər tərəfdən qeyd edib ki, bir ilin ərzində həm Bakıda, həm də İranda çalışıb. Bu necə olub? O da bilinmir”.

Samir Zeynalov Sona Veliyeva Gürgünün əməliyyatından əvvəl əks göstərişlərin olmasını xüsusi olaraq diqqətə çatdırıb. Sitat: “Sona Veliyeva Gürgün 08.12.2018-ci il tarixdə və eləcə də əməliyyatdan bir müddət öncə ”Baku Medical Plaza"da ürəyin “Sutkalıq Holter EKQ” müayinəsindən keçib. 08.12.2018-ci il tarixdə ürəyin kardioloji müayinəsinə əsasən Sona Veliyeva Gürgündə “19 Sinus taxikardiya epizodu, eləcə də 99 bradikardiya epizodu” qeydə alınıb. Bu kardio-patoloji faktlar isə Sona Veliyeva Gürgündə aritmiya xəstəliyinin olmasını təsdiq edir. Aritmiya - normal ürək ritminin müntəzəmliyi və ya tezliyinin, həmçinin ürəyin elektrik keçiriciliyinin istənilən pozulmasıdır... Göründüyü kimi, əməliyyat üçün kifayət qədər əks göstərişlərin mövcud olmasına baxmayaraq, “Baku Medical Plaza”nın “həkimi” Sirus Qoçqani mərhumə Sona Veliyeva Gürgünü həyatı ilə risk edərək nəticədə onun dünyasının dəyişməsinə baiskar olub".

Samir Zeynalov deyir ki, “Əhalinin Sağlamlığının Qorunması Haqda” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə görə, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir: “Həmin qanunun 59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar”.

Yada salaq ki, Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirməkdə davam edir. Üstəlik, İranın Azərbaycandakı səfirliyi model Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqaninin cərrah olmadığı haqda açıqlama da verib. Amma bu, Sirus Qoçqaninin Azərbaycanda cərrahlıq praktikasına son qoyulması ilə nəticələnməyib. Onun əlinə aldığı cərrah bıçağı altında isə Azərbaycan vətəndaşları can verməkdədirlər.
“Yeni Müsavat”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
87 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...