Sumqayıtda mühafizəçilər dəyənəkdən istifadə edib, polis onları cərimələyib

Sumqayıtda mühafizəçilər dəyənəkdən istifadə edib, polis onları cərimələyib

Sumqayıtda ticarət mərkəzinin mühafizəçiləri dəyənəklərdən qanunsuz olaraq istifadə etdiklərinə görə cərimələniblər.

“Report”un xəbərinə görə, “Cavid” Ticarət Mərkəzində fəaliyyət göstərən “Qafqaz” özəl Mühafizə Xidmətinin əməkdaşları qanunsuz olaraq rezin dəyənəklərdən istifadə ediblər.

Buna görə mühafizəçilər Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən inzibati Xətalar Məcəlləsinin 534-cü (Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinə əsasən cərimə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...