Bakıda ana övladlarını da götürüb evdən qaçdı

Bakıda ana övladlarını da götürüb evdən qaçdı

Bakıda ana və iki uşağı itkin düşüb.

BAKU.NEWS-un Oxu.Az-a istinadən məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Nizami küçəsində yaşayan Balayeva Qüdrətxanım Heydər qızı ötən gün səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda Q.Balayevanın psixi problemləri olduğu qeyd edilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...