Balakəndə it azyaşlının dodağını dişləyib

Balakəndə it azyaşlının dodağını dişləyib
Sentyabrın 12-i axşam saatlarında Balakən rayonunun Talalar kənd sakini, 2015-ci il təvəllüdlü Onur Abdulla oğlu Abdullayev it dişləməsi xəsarəti ilə rayon xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən APA-ya bildirilib ki, 5 yaşlı O.Abdullayevə yaşadığı ünvanda saxlanılan it hucum edib. İt O.Abdullayevin üst dodağından dişləyərək xəsarət yetirib. O.Abdullayevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...