Güllələnən eks-məmur Ədalət Partiyasının Tovuzdakı sədri olub

Güllələnən eks-məmur Ədalət Partiyasının Tovuzdakı sədri olub

Bu gün Tovuzda qətlə yetirilən keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov Ədalət Partiyasının Tovuz rayon təşkilatının sədri olub.

Bu barədə “Qafqazinfo”ya partiyanın sədri, sabiq deputat İlyas İsmayılov məlumat verib.

O bildirib ki, F. Ələkbərov hər zaman mərd biri olub: “O, haqq-ədalət uğrunda həmişə mübarizə aparıb. Bundan başqa problemi olmayıb. Sosial şəbəkədə nə yazırlarsa, yazsınlar. Füzuli xalqın və dövlətin marağını hər şeydən üstün tutub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...