Azərbaycan cüdoçusu Qran-Pridə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Qran-Pridə gümüş medal qazanıb
Azərbaycanın qadın cüdoçusu Leylа Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Sabina Giliazova ilə üz-üzə gəlib. Əliyeva rəqibinə ipponla məğlub olaraq gümüş medalla kifayətlənib.
Kişilərin yarışında İbrahim Əliyev (66 kq) isə bürünc medal uğrunda görüşdə Özbəkistanlı Sərdar Nurillayevlə qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Larisa Aleksandra Florian (hər ikisi 52 kq), Oruc Vəlizadə (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medal qazana bilməyiblər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...