Daşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

Daşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

Daşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovnik leytenantı Azay Ağayev təyinat alıb.
Qeyd edək ki, A.Ağayev bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Daşkəsən Rayon Polis Şöbəsinin keçmiş rəisi Vəfadar Orucov isə bir neçə gün əvvəl Zaqatala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...