Qarabağ bölgəsində əhalinin siyahıyaalınması necə təşkil olunub? - VİDEOREPOTAJ

Qarabağ bölgəsində əhalinin siyahıyaalınması necə təşkil olunub? -
Azərbaycanın hər yerində olduğu kimi, Bərdə rayonunda da bu mühüm dövlət tədbiri olan əhalinin siyahıya alınması işlərinə başlanılıb.

Bərdə Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov "Report"un Qarabağ mərkəzinə bildirib ki, əhalinin siyahıyaalınması “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli qərarına əsasən aparılır: "Bir neçə gün əvvəldən hazırlıq işləri qrafikə ciddi əməl edilməklə həyata keçirilib. Şəhər, qəsəbə və kənd ərazi dairələri üzrə sxematik xəritələr işlənib, ərazilər, küçə adları təkrar dəqiqləşdirilib. Normativə uyğun olaraq siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri yaradılıb.

Siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri üzrə işə cəlb edilmiş işçilərin sentyabrın 27-dək təlimatlandırılması tərtib edilmiş proqram üzrə davam etdirilib".

Qeyd edək ki, ötən siyahıyaalmadan sonrakı dövrdə Bərdə rayonunun əhalisi 14 min 703 nəfər və ya 10,5 faiz artaraq, bu il yanvarın 1-nə 156,4 min nəfərə çatıb. Siyahıyaalmaya Ermənistanın işğalı nəticəsində doğma yurdundan didərgin düşərək rayon ərazisində məskunlaşan məcburi köçkünlər də cəlb edilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...