Mahir millinin heyətindən çıxarıldı

Mahir millinin heyətindən çıxarıldı
Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, "Qarabağ"ın oyunçusu Mahir Emreli heyətdən çıxarılıb.

Gənc futbolçu Premyer Liqanın VII turunda "Sabah"la qarşılaşmada zədələndiyi üçün yığmadan kənarda qalıb. Baş məşqçi Nikola Yurçeviç onun əvəzinə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələsgərova dəvət göndərib.

Qeyd edək ki, millimiz oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 13-də isə AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...