Müsavatın qurultay keçirəcəyi obyekt Xalq artistinindir?

Müsavatın qurultay keçirəcəyi obyekt Xalq artistinindir?
Müsavat Partiyasının oktyabrın 12-nə təyin olunmuş qurultayın keçiriləcəyi restoranın Xalq artisti Ağadadaş Ağayevə məxsus olduğu iddia olunub.

“Qafqazinfo” xəbər verir ki, “Billur” adlı şadlıq evinin rəhbərliyi tədbirin sözügedən məkanda keçiriləməsinə “yox” deyib. Bununla bağlı, müsavatçılar sosial şəbəkədə Ağadadaş Ağayevin bu əməlini tənqid ediblər.

Partiyanın başqanı Arif Hacılı mövzu barədə sosial şəbəkədə şərh yazaraq restoranın Xalq artistinə məxsus olmadığını bildirib.

Əldə etdiyimiz məlumata görə, Ağayevə məxsus restoranın adı “Billur” yox, “Büsat”dır. Hətta həmin məkan bir müddətdir mərasim zalı kimi fəaliyyət göstərir.

“Qafqazinfo” mövzu ilə bağlı müğənninin rəyini öyrənmək istəsə də, onunla əlaqə yaratmaq mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...