Azərbaycanda insanları öldürən beş təhlükəli xəstəlik

Azərbaycanda insanları öldürən beş təhlükəli xəstəlik


Azərbaycanda xəstəlikdən ölüm halları artıb.

Oxu.Az-ın xəbərinə görə, 2018-ci ildə ölkədə 57 min 250 nəfər ölüb.

2017-ci ildə bu rəqəm 57 min 109, 2016-cı ildə isə 56 min 648 nəfər olub.

Qan dövranı sisteminin xəstəlikləri isə ən çox ölümə səbəb olan haldır. 2017-ci ildə bu kateqoriyaya daxil olan xəstəliklərdən 33 min 663, 2018-ci ildə isə 33 min 909 nəfər ölüb.

İkinci ən çox ölümə səbəb olan xəstəlik isə yenitörəmələrdir. 2017-ci ildə 8 min 665, 2018-ci ildə isə 8min 718 nəfər yenitörəmələrdən vəfat edib.

Üçüncü ən çox ölümə səbəb olan hal isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri ilə bağlıdır. 2017-ci ildə 2 min 769, 2018-ci ildə isə 2 min 778 nəfər bu səbəbdən ölüb.

Həzm sistemi xəstəlikləri isə ölüm hallarına səbəb hal kimi ilk beşlikdədir. 2017-ci ildə 2 min 473, ötən il isə 2 min 609 nəfər həzm sistemi xəstəlikləri səbəbindən vəfat edib.

Tənəffüs sistemi xəstəlikləri isə Azərbaycan əhalisi arasında ölümə səbəb olan hallar arasında beşincidir.

2017-ci ildə 1839, 2018-ci ildə isə 1826 nəfər tənəffüs sistemi xəstəliklərindən ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...