Başından xəsarət alan körpə Neyrocərrahiyyə Xəstəxanasında ölüb

Başından xəsarət alan körpə Neyrocərrahiyyə Xəstəxanasında ölüb

Bakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.
"Report"un xəbərinə görə, hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verib.
Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Oktyabrın 9-da isə körpə orada ölüb.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırılma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...