Beyləqanda ər ondan boşanan arvadını xəstəxanada öldürdü

Beyləqanda ər ondan boşanan arvadını xəstəxanada öldürdü

Beyləqan rayonunda qətl hadisəsi baş verib.

GUNDEMINFO.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayon xəstəxanasında baş verib. Beyləqan rayon sakini, 25 yaşlı Bəhrəmli Könül Bəhmən qızı boşandığı üçün əri tərəfindən bıçaqlanıb. Tibb bacısı işləyən qadının əri onun işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...