Biləsuvar sakini ehtiyatsızlıqdan anasını traktorla vuraraq öldürüb

Biləsuvar sakini ehtiyatsızlıqdan anasını traktorla vuraraq öldürüb
Biləsuvar rayonunda bədbəxt hadisə ölümə səbəb olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Səmədabad kəndində baş verib.
Belə ki, kənd sakini 26 yaşlı Fəqan Məmmədov traktorla həyətlərində anası, 60 yaşlı Umnisə Məmmədovanı vuraraq öldürüb.
Məlumata görə, bundan sonra F.Məmmədov intihara cəhd edib, lakin yaxınları tərəfindən intiharın qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...