Nəriman Nərimanovun Gürcüstandakı heykəli bərpa olunacaq

Nəriman Nərimanovun Gürcüstandakı heykəli bərpa olunacaq

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və həkim Nəriman Nərimanovun heykəli və onun adını daşıyan park bərpa olunacaq.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı
bildirib.

Onun sözlərinə görə, rayonda olan bütün parkların bərpası nəzərdə tutulub: “Təmir-bərpa işləri zamanı parkların ərazisində yerləşən obyektlər də nəzərə alınacaq. Bu işlərin aparılması ilə bağlı müsabiqə keçiriləcək. Müsabiqəyə təqdim olunan layihələrin həyata keçirilməsi məqsədilə tender elan olunacaq. Marneulidəki bütün parkların bərpasının 2020-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb”.

Qeyd edək ki, ötən ay N.Nərimanovun Marneulidəki heykəli daha da qəzalı vəziyyətə düşüb. 1980-ci illərin əvvələrində ucaldılan abidənin postamentində yerləşən mərmər lövhələrin bir neçəsi yerindən qopub, fundamentində çatlar əmələ gəlib. Heykəlin yerləşdiyi parkın təmir-bərpa və abadlıq işlərinə böyük ehtiyacı var.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...