İki qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində akkreditasiya olunub

İki qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində akkreditasiya olunub

“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi və “Gənc mühasiblər” Birliyi peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunub.
Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, adıçəkilən təşkilatlar peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısına daxil edilib və Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Beləliklə, peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının sayı 3-ə çatıb.
Akkreditasiya olunan təşkilatlar mühasiblərin peşə biliklərinin artırılması ilə bağlı təlimlər, seminarlar təşkil edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...