"Bu yolda "təcili yardım" maşınında xəstə də ölüb" - 4 rayonu birləşdirən yol bərbad vəziyyətdədir

"Bu yolda "təcili yardım" maşınında xəstə də ölüb" -
Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir
.
Yerli sakinlərin "Report"un Yuxarı Şirvan bürosuna verdiyi məlumata görə, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub:

"Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı. Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir RMX-ə gətirilən xəstə yolda ölüb. Bundan başqa burada tez-tez yol-nəqliyyat hadisələri baş verir".

Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir.

"Report" Yuxarı Şirvan bürosunun müxbiri Aqil Əsədovun hazırladığı videoreportajı təqdim edir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...