“Vətənpərvər gənclərdən ibarət parlament formalaşdıracağıq" - ƏLİ ƏHMƏDOV

“Vətənpərvər gənclərdən ibarət parlament formalaşdıracağıq" -
“Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir”.

Bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması bizim diqqətimizdə olacaq: “Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstəyərdik ki, YAP-da belə gəncləri irəli çəkək”. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...