Bakıda ilk hibrid avtomobillərin ixtisaslaşmış profilaktoriyası açıldı - FOTOLAR

Bakıda ilk hibrid avtomobillərin ixtisaslaşmış profilaktoriyası açıldı -
Gundeminfo.az yazır ki, Bakıda ilk və yeganə hibrid avtomobillərin təmiri üçün sexi açılıb.

Sexin rəhbəri Nadir Əliyevin dediyiklər:

- Bu gün Azərbaycanda hibrid avtomobillər gün gündən istifadəmizdə olan benzin və solyarka ilə işləyən avtoları sıxışdıraraq həyatımıza girir. Bu avtomobillər istifadədə rahat və ekonomludur. Benzinin gün gündən bahalaşdığı bir vaxtda insanlar təbii olaraq daha ekonomik maşınlar alırlar. Bax bu hibrid avtomobillər ən ekonomik avtombillər sayılırlar.

Lakin bunların bir bəlası var ki, ustaları yoxdur və ya həddən artıq azdır.Maşın xarab oldu sürücü düşür prafiloktoriyaların canına usta axtarmağa. Biz bütün bunları nəzərə alaraq hibrid avtomabillrin profesional ustalarını bir yerə yığdıq və Azərbaycanda ilk və yeganə hibrid avtomabillər prafiloktoriyası yaratdıq. Bütün növ hibrid avtomobillərini düzəldirik və müştərilərimiz bizdən razı gedirlər!
Hibrid avtomobillər bizm sabahımızdır və artıq yavaş yavaş yanacaqla işləyən avtomobillər tarixə qovuşacaq.
Nadir bəyin dediyinə görə ustaları Koreyada və Gürcüstanda təlim keçiblər. O. bütün hibrid avtomobillrində problemləri olan və usta axtaran sürücüləri profilaktoriyasına dəvət edir.

Hibrid avtomobillərin profilaktoriyası Xırdalan şəhəri. Binəqədi şossesi FHN in xüsusi xilasetmə idarəsi ilə üzbəüz yerləşir.


Bakıda ilk hibrid avtomobillərin ixtisaslaşmış profilaktoriyası açıldı -
Bakıda ilk hibrid avtomobillərin ixtisaslaşmış profilaktoriyası açıldı -
Bakıda ilk hibrid avtomobillərin ixtisaslaşmış profilaktoriyası açıldı -
Bakıda ilk hibrid avtomobillərin ixtisaslaşmış profilaktoriyası açıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...