Gürcüstanda qrip virusundan ölüm faktı qeydə alınıb

Gürcüstanda qrip virusundan ölüm faktı qeydə alınıb

Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, onun ölümünə səbəbin qrip virusu olduğu bildirilir.

Pasiyent yanvarın 7-də qrip virusu simptomları ilə xəstəxanaya çatdırılıb. O, xəstəxanaya daxil olandan saatyarım sonra dünyasını dəyişib.

Qeyd edək ki, hazırda qonşu ölkədə qripə yoluxma halları 100 min nəfərə 191 hal təşkil edir. Ölkədə hazırda “B” və “A” tipli qrip virusu müşahidə olunur. Ən çox yayılan virus B tipinə (80%) aiddir.

Ötən ay Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) iki nəfər ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...