Bir kilometr yolun çəkilməsi üçün bu qədər pul xərclənir - Rəsmi

Bir kilometr yolun çəkilməsi üçün bu qədər pul xərclənir -

“Bakı-Sumqayıt yolunda başlanmış yenidənqurma işlərinin may ayında tamamlanması planlaşdırılır”.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Bildirib ki, həmin yolda olan sıxlıq nəzərə alınaraq yolun genişləndirilməsi planlaşdırılıb:

“Bakı şəhərindən Sumqayıta qədər olan yol tikilən zaman hesablanmış hərəkət sayı 7-10 min avtomobildir. Lakin son dövrlərdə bu yolda gediş-gəliş artmış və gün ərzində Bakıdan Sumqayıta 12-14 min, Sumqayıtdan Bakıya isə 8-10 min avtomobil hərəkəti tənzimlənir. Artıq 2019-cu ilin dekabrından işlərə başlanılıb, Xırdalan dairəsi adlanan ərazidə 2 yeraltı tunelin tikintisinə başlanılıb, eləcə də, 20 Yanvarda bir neçə yolun ayrılması ilə bağlı layihələrə baxılıb. Yəqin ki, may ayının sonuna kimi bu işlərin tamamlanması nəzərdə tutulur. İqlim şəraiti imkan versə, biz sözümüzə əməl edəcəyik. Yolun genişləndirilməsi işinə başlanılanda bütün qurumlarla razılıq əldə olunub.

7-8 km-lik ərazidə genişləndirmə aparılacaq. Əgər qiymətlərdə hər hansı bir dəyişiklik olmasa, hazırda 1 km yolun tikintisi üçün 778 min manat nəzərdə tutulur və həmin yolda da qiymətlər bu rəqəmə əsasən nəzərə alınacaq”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...