PA-nın şöbə müdiri: “NATO Azərbaycanı etibarlı və sadiq tərəfdaş hesab edir”

PA-nın şöbə müdiri: “NATO Azərbaycanı etibarlı və sadiq tərəfdaş hesab edir”
“Ötən il Azərbaycanın 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmasının 25-ci ildönümünü qeyd etdik. O vaxtdan etibarən NATO ilə əməkdaşlıq Azərbaycanda təhlükəsizlik və müdafiə islahatlarında mühüm rol oynayıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev euractiv.com saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda NATO Azərbaycanı etibarlı və sadiq tərəfdaş hesab edir.

“Mən fəxrlə deyirəm ki, bu gün Azərbaycan hərbçiləri NATO-nun müttəfiq və tərəfdaş ölkələri ilə Əfqanıstanda terrorizmə qarşı mübarizə aparır və bu ölkədə sülh və təhlükəsizliyi təmin etməyə çalışır. NATO müttəfiqləri və tərəfdaş ölkələri üçün yüklərin daşınmasında Azərbaycan tranzit və logistika mərkəzi kimi mühüm rol oynayır. Bununla yanaşı, biz siyasi məsləhətləşmələrin və dialoqun inkişaf etdirilməsi üçün daha geniş bir potensialın olduğunu görürük. Brüsselə səfərim çərçivəsində “29+1” formatında NATO-Azərbaycan diskussiyaları oldu və biz ümumi siyasi regional məsələlər, o cümlədən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda müzakirə apardıq”, - deyə H. Hacıyev vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...