Azərbaycan millisini Kononov çalışdıracaq?

Azərbaycan millisini Kononov çalışdıracaq?


Futbol üzrə Azərbaycan millisini “Spartak” klubunun keçmiş baş məşqçisi Oleq Kononov çalışdıra bilər. Bununla bağlı iki gün əvvəl AFFA İcraiyyə Komitəsinin iclasında AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. Onun açıqladığı 32 namizəddən ibarət siyahıda O. Kononovun da adı var.

Lakin rusiyalı çalışdırıcı xəbərdən məlumatsız olduğunu bildirib. Virtualaz.org xəbər verir ki, bu barədə “machtv.ru” saytı məlumat yayıb. Sayt 53 yaşlı məşqçi bu barədə hər hansı açıqlama verməkdən imtina edib: “Bu barədə heç nə bilmirəm. Məlumat üçün çox sağ olun. Bağışlayan, müsahibə vermirəm”, - O. Kononov deyib.

Məşqçinin daha əvvəl Latviyanın “Riqa” klubu ilə danışıqlar apardığı və razılığa gəlmədiyi bildirilirdi. Kononov 2018-ci ilin sentyabrından 2019-cu ilin sentyabrınadək Rusiyanın “Spartak” klubunu çalışdırıb. Bu dövrdə komanda mövsümü beşinci yerdə başa vurub.

Xatırladaq ki, millimizin əvvəlki baş məşqçisi Nikola Yurçeviç idi. Ötən ilin fevralından milliyə rəhbərlik edən xorvat çalışdırıcı dekabr ayında istefaya göndərilib. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...