Biləsuvarda kütləvi zəhərlənmə

Biləsuvarda kütləvi zəhərlənmə
Biləsuvarda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib.

"Report”un xəbərinə görə, hadisə fevralın 1-də, rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Adil Əhmədov, həyat yoldaşı Mərifət Xasıyeva, onların övladları – 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova evdə hazırladıqları pomidor turşusundan zəhərləniblər.

Daha sonra onlar fevralın 2-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Faktla bağlı araşıdrma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...