Namizədlərin polisə çağırılması xəbərləri haqda rəsmi açıqlama

Namizədlərin polisə çağırılması xəbərləri haqda rəsmi açıqlama

Daxili İşlər Nazirliyi son günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlara münasibət bildirib.

“Gundeminfo” xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin iddiaların heç bir əsası yoxdur və bu, dezinformasiyadır:

“Polis seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi - kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir. Ona görə də seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır.

Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləcə də namizədin seçicilərlə görüşünə maneolma, təşviqat-nəşr materiallarını qəsdən məhvetmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir yaxud araşdırmaların nətijələri üzrə digər qərarlar qəbul olunur. Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...