Müstəqim Məmmədov səyyar qəbul keçirdi - FOTOLAR

Müstəqim Məmmədov səyyar qəbul keçirdi -



Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşdurduğunu, Milli Məclisə seçkilərin Azərbaycanda demokratiyanın sürətli inkişafından xəbər verdiyini bildirdi. Qeyd olundu ki, VI çağırış Milli Məclisə seçkilərdə 1314 nəfər namizəd mübarizə aparırdı. Beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin iştirak etdiyi seçkilər şəffaf və demokratik şəkildə keçirildi. Tərtərlilər seçkilərdə fəallıq göstərdilər və öz namizədlərinə səs verdilər. İcra başçısı seçkidə fəallıq göstərdiklərinə görə vətəndaşlara öz təşəkkürünü bildirdi. Vurğulandı ki, növbədənkənar Milli Məclisə seçkilər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı islahatların davamı idi.
Bildirdi ki, bu islahatlar həm siyasi, iqtisadi, həm sosial sahələrdə, həm də kadr və struktur sahələrini əhatə etdi. Ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə-mart və sentyabr aylarında artdı.
Prezidentin struktur, kadr islahatıları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi.Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.
Son beş ildə rayonda tikinti abadlıq işləri geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi, fəaliyyət göstərir. Hazırda şəhərdə möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyinin tikintisi başa çatıb.
Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kənd haqqında məlumat verdi. Bildirdi ki, Güləbatlı kəndinin 97 təsərrüfatı, 404 nəfər əhalisi, 245 hektar ərazisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 Körpələr evi – uşaq bağçası fəaliyyət göstərir.
Qeyd olundu ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Güləbatlı kəndində kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmışdır. Havaların quraq keçməsinə baxmayaraq hər hektardan 35 sentner buğda, 35 sentner arpa, 30 sentner pambıq əldə olunmuşdur.Güləbatlılar dövlətə 306 kq barama təhvil vermişlər. Baramaçılığın inkişafı üçün 1 hektar çəkil bağlarına qulluq edirlər.
İcra nümayəndəsi bildirdi ki, 2,5 km arx lildən təmizlənmiş, 3 km kəndarası yol təmir olunmuşdur.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Güləbatlı kənd tam orta məktəbinin direktoru Asif Alikişiyev məktəbin çəkil bağına gələn arxın təmizlənməsini, Əzim Qaraşov kənddə 1 ədəd yeni subartezian quyusunun qazılmasına, Şikar Aslanov isə pay torpağında olan ağacın yüksək gərginlikli elektrik xəttinə toxunduğu üçün ağacın kəsilməsinə ehtiyac olması ilə bağlı müraciət etdilər.
Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Müstəqim Məmmədov səyyar qəbul keçirdi -
Müstəqim Məmmədov səyyar qəbul keçirdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...