Qaradağda dezinfeksiya tədbirləri - FOTOLAR

Qaradağda dezinfeksiya tədbirləri -
Qaradağda dezinfeksiya işləri bu gün də davam etdirilir

Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ölkə başçısının diqqət mərkəzindədir.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti sosial aksiyaları davam etdirir, könüllülər tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqat paylanılır, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir.

Gundeminfo.az-a daxil olan məlumata əsasən Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlər gündəlik olaraq davam etdirilir.

Yaşayış binalarında, bu binaların qarşısı, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, bankomatlar, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Bundan əlavə yaşlı nəslin qorunması üçün tənha və aztəminatlı təqaüddə olan sakinlərə spirt və maskalar bütün qəsəbələrdə paylanılmışdır. Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.

Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırırıq.


Qaradağda dezinfeksiya tədbirləri -
Qaradağda dezinfeksiya tədbirləri -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...