Hərəkatçı həkim koronavirusdan dünyasını dəyişdi - foto

Hərəkatçı həkim koronavirusdan dünyasını dəyişdi -

Tanınmış həkim, milli azadlıq hərəkatının fəalı Zakir Xəlilov koronavirus infeksiyasına yoluxaraq vəfat edib. Bu barədə xəbəri onun hərəkat yoldaşları sosial şəbəkədə paylaşıblar.

1988-ci ildə başlayan milli-azadlıq hərəkatının iştirakçısı olan Zakir Xəlilov təcili tibbi yardım briqadasında çalışıb və böyük ehtimalla qorxunc virusa ilk yardım göstərdiyi xəstədən yoluxub.

Z. Xəlilovun 67 yaşı vardı.

Koronavirusa yoluxduqdan sonra o, bir həftədən artıq reanimasiya şöbəsində müalicə alıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...