İcra Hakimiyyəti vətəndaşın şikayətlərinə cavab verdi

İcra Hakimiyyəti vətəndaşın şikayətlərinə cavab verdi

Tərtər Rayonunun Hüsənli kənd sakini Qarayeva Cəmalə İbrahim qızının yaşayış evinin uçması ilə bağlı Xalqxeber.az saytının facebook səhifəsində getmiş çəkilişlə əlaqədar bilidiririk ki, 26 fevral 2020-ci il tarixdə Cəmalə Qarayeva anası Lətafət Məmmədova ilə birlikdə rayon icra hakimiyyəti başçısı tərəfindən rayon Fövqaləda Hallar Komissiyasının sədri Ramiz Şabanovun, Hüsənli kənd İƏD-i uzrə nümayəndə Gülüstan Əhmədovanın, rayonun baş memarı Tofiq Kərimovun iştirakı ilə qəbul edilmişdir. Qəbul zamanı vətəndaş 25 fevral 2020-ci il tarixdə rayon ərazisində əsən güclü külək nəticəsində yaşadığı evin uçduğunu bildirmişdir.

Rayon Fövqəladə Hallar Komisiyası tərəfindən onların evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yaşadıqları ev sovet dönəmində Sabir adına sovxozun məişət evi olub, bir neçə kiçik otaqdan və zaldan ibarətdir. Binanı anası Məmmədova Lətafət Xasay qızı özəlləşdirmişdir. 3 il əvvəl onlar yaşadıqları bir otaq istisna olmaqla həmin binanı söküb, tikinti materiallarından istifadə edərək yeni yaşayış evinin tikintisinə başlamışlar. 25 fevral 2020- ci il tarixdə isə evlərinin əşyalarını çölə tökərək rayon icra hakimiyyətinə yaşadıqları evin güclü külək nəticəsində uçduğunu bildirmişlər. Məqsəd yarmçıq qalmış yeni yaşayış evinin dövlət tərəfindən tikilib başa çatdırılması olub. Bu məqsədlə rayona vəsait ayrlmadığı üçün ona köməklik göstərilməsi mümkün olmamışdır. Lakin rayon icra hakimiyyətinin təşəbbüsü və vətəndaşın istəyi ilə ona müvəqqəti yaşamaq üçün “Qızıl Aypara” Cəmiyyətinin Tərtər rayon bölməsi tərəfindən çadır verilmişdir.

Cəmalə Qarayeva verilən çadırda məskunlaşdıqdan sonra əvvəllər yaşadığı (uçurtmadığı) otağın dam örtüyünün beton panellərinin götürülməsi üçün yenidən icra hakimiyyətinə müraciət etmiş, otağın üstündəki panellər icra nümayəndəsi Gülüstan Əhmədovanın iştirakı ilə götürülərək özünə təhvil verilmişdir.

Məlumat üçün onu da bildiririk ki, rayon icra hakimiyyəti tərəfindən 25 fevral 2020-ci il tarixdə rayon ərazisində əsən güclü külək nəticəsində rayonun təsərufatlarına, ictimai binalara, sosial obyektlərə və digər sahələrə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir.

Vətəndaş Qarayeva Cəmalə İbrahim qızı karantin rejimi dövründə dövlət tərəfindən 190 manat müavinət, icra hakimiyyəti, Heydər Əliyev Fondu tərəfindən (ümumilikdə üç ədəd bağlama) ərzaq yardımı ilə təmin olunmuşdur. Onun çəkiliş vaxtı icra hakimiyyətinin ünvanına söylədiyi ifadələr əsassızdır.

Tərtər Rayon İcra Hakimiyyəti




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...