Bakının bəzi prospekt və küçələrini su basdı

Bakının bəzi prospekt və küçələrini su basdı
Ötən gecədən Bakıda yağan aramsız yağışlar nəticəsində bəzi prospekt və küçələri su basıb. “Report” xəbər verir ki, güclü yağış şəhərin Azadlıq prospekti və Biləcəri qəsəbəsi ərazisində nəqliyyatın və piyadaların hərəkətində çətinliklər yaradıb. Biləcəri qəsəbəsinin Xudadat Məlikaslanov küçəsində kanalizasiya daşıb və su bir neçə evin zirzəmisinə dolub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...