Masallı və Cəlilabaddan olan məmurlar məhkəməyə verildi

Masallı və Cəlilabaddan olan məmurlar məhkəməyə verildi
Azərbaycanda bələdiyyə sədri məhkəməyə verilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini Hakim Müşdaba oğlu Abbasov Şirvan İnzibat Məhkəməsinə müraciət edib.

O, Masallı rayon Boradigah Bələdiyyəsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlak dövlət reyestri xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia qaldırıb.

Vətəndaş Hakim Abbasov iddia ərazisində inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, torpaq üzrə, torpaq münasibətləri üzrə sair mübahisələrinonun xeyrinə həll edilməsini istəyib.

Vətəndaşın şikayəti araşdırılması üçün hakim Orxan İsmaylovun icraatına verilib.

Yaxın günlərdə şikayətə baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...