Dünya Neft Konqresi təxirə salındı

Dünya Neft Konqresi təxirə salındı

Bu il dekabrın 6-dan 10-dək Hyustonda keçirilməsi nəzərdə tutulan 26-cı Dünya Neft Konqresi gələn il dekabrın 5-9-na təxirə salındı.

“Report” xəbər verir ki, bu barədə tədbirin Təşkilat Komitəsinin açıqlamasında bildirilir.

“COVID-19-in səhiyyə, təhlükəsizlik, səyahətlərin məhdudlaşdırılması, dünya neft sənayesi də daxil olmaqla müxtəlif sahələrdəki fəsadlarının geniş yayılması dünya üçün fövqəladə təhlükələr yaradaraq neft-qaz sektoruna çox böyük ziyan yetirib”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, tədbirin təşkilatçısı Dünya Neft Şurası 1933-cü ildə təsis edilib və qərargahı London şəhərində yerləşir. Qurumun 65 üzv ölkəsi arasında ən böyük neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...