Bu rayonlarda koronaya yoluxanların sayı açılandı

Bu rayonlarda koronaya yoluxanların sayı açılandı
Hər həftə epidemolojik statistik göstəricilər aparılır və Nazirlər Kabinetinə bu statistika təqdim edilir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Ölkəmizdə pandemiya ilə mübarizənin birinci mərhələsi 27 fevral tarixində ilk koronavirus faktının aşkarlanması ilə başladıldı. Bu günə qədər koronavirusla bağlı aparılan mübarizə tədbirləri ilə bağlı ictimaiyyət məlumatlandırılıb".

O bildirib ki, bir sıra bölgələrdə insanlar qaydalara məsuliyyətsiz yanaşır:

"Yevlaxda son günlərdə 64 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Eyni zamanda Lənkəranın Boradi kəndində 16, Şiləvar kəndində 16, Şağlsel kəndində 31, Nirəvan kəndində 31 yoluxma faktı qeydə alınıb. Biz insanları qaydalara riayət etməyə çağırırıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...