Bakı milyonçularının mülkləri vərəsələrinə verilə bilərmi? - AÇIQLAMA

Bakı milyonçularının mülkləri vərəsələrinə verilə bilərmi? -

Bakı milyonçularının Azərbaycan tarixində əvəzsiz rolunu unutmaq olmaz.

Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Hacı Zeynalabdin Tağıyev, Teymur bəy Aşurbəyov, Yusif Ağa Dadaşov, Murtuza Muxtarovun qoyduqları irslər bu gün də Bakı küçələrində canlanır.

Onların milyonları hesabına tikilən bir çox tikililər maddi mədəniyyətimizin inciləri sırasındadır. Dövlətin balansına keçmiş bu incilərin çoxu qorunmur. Vaxtilə milyonçuların öz vəsaitləri hesabına tikdikləri memarlıq abidələrinin çoxu sökülmüş, bəzilərinin isə tarixi əhəmiyyətinə varılmır. Azərbaycan tarixində iz qoymuş milyonerlərin özləri üçün tikdirdikləri mülklər də dövlət tərəfindən qorunaraq, bu gün tarixi abidə kimi istifadə olunur.

Maraqlıdır, hüquqi müstəvidə mülklər milyonçuların davamçılarına geri verilə bilərmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, o dövrdə milyonçuların tikdirdikləri evlər, binalar dövlətin mülkiyyəti elan olunub:

“Çünki tarixi abidələrdir. Bütün dünyada belədir ki, tarixi abidələr məhkəmə qərarı olmadan müsadirə olunub və bu baxımdan fərdlərin mülkiyyətində olmur. Tarixi incilər kimi dövlətin mülkiyyətində qalır. Amma milyonçuların vərəsələri həmin mülklərdən ötrü kompensasiya tələb edə bilərlər. Sözün açığı belə ideyada olanlarla bağlı hər hansı fakt xatırlamıram. Ancaq bu, hüquqi müstəvidə mümkündür ki, onların vərəsələri harada yaşamaqlarına baxmayaraq həmin iddiaları qaldıra bilərlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...