Əməkdar artist həkimə görə polisə çağırıldı

Əməkdar artist həkimə görə polisə çağırıldı


Səhlənkarlığına görə həkimi bağışlamayacağam.

Bu sözləri əməkdar artist Əli Nur həkim səhlənkarlığı ucbatından başına gələn bədbəxt hadisənin məhkəmə prosesi ilə bağlı Axar.az-a danışarkən deyib:

“Məhkəmə prosesinə görə bu gün məni bölməyə çağırıblar, saat 5-də orada olmalıyam. Bu hadisə mart ayının 19-da baş verib. İndi vəziyyətim yaxşıdır, sağalmışam. Həkimi səhlənkarlığına görə bağışlamayacağam. 30 ilin cərrahı mənim barmağımı rentgenə salmamış tikiş vurdu, sonra da sarıdı. 20 gündən sonra məlum oldu ki, barmaq qanqren olub. Tez qarşısını alıb əməliyyat etdirdik. Əvvəlcə, burada əməliyyat etdirdim, sonra da Rusiyada müalicə aldım. Yoxsa şikəst qalacaqdım”.

Qeyd edək ki, bu gün Kliniki Tibbi Mərkəzin həkimi, 1957-ci il təvəllüdlü Əli Əhməd oğlu Səmədovun yanlış müalicəsi nəticəsində əməkdar artist Əli Nurun əmək qabiliyyətinin 10 faizini itirməsi ilə bağlı Cinayət Məcəlləsinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...