BNA qarşısında sıxlıq - taksi sürücüləri və fürsətçilər lisenziya üçün növbədə

BNA qarşısında sıxlıq -

İyunun 21-dən iyulun 5-nə qədər tətbiq ediləcək ciddi karantin rejimində taksi şirkətlərinin də fəaliyyətinə icazə veriləcək.

Musavat.com xəbər verir ki, bu səbəbdən artıq taksi sürücüləri fərqlənmə nişanı almaq üçün növbəyə dayanıblar. Yüzlərlə taksi sürücüsü hal-hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) Heydər Əliyev prospektində yerləşən binası qarşısında gözləyirlər.

Taksi sürücüləri bu gün və sabah fərqlənmə nişanı ala biləcəklər. Buna görə də səhər saatlarından etibarən onlar BNA-ya axın ediblər.

Dövlət Yol Polisi və Post Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Polis əməkdaşları prospektdə tıxacın qarşısını almaq üçün çalışırlar.

Bakı Nəqliyyat Agentliyi isə taksi şirkətlərinə müraciət edib və bildirib ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir: "Məqsəd sərt karantin rejimində taksi ciddi adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır".

Qeyd edək ki, ötən karantin günlərində də məlum oldu ki, bəzi şəxslər sərbəst hərəkət üçün fərqlənmə nişanı alıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...