Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır - FOTOLAR

Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır -


Abşeronda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə rayon ərazisində mütəmadi olaraq dezinfeksiya tədbiləri həyata keçirilir.

Hazırda Abşeronda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici tədbirlərin reallaşdırılması diqqət mərkəzindədir.

Rayon operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən Xırdalan şəhəri də daxil olmaqla rayonun kənd və qəsəbələrində küçə və prospektlər, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya olunur. Rayonda ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısı, dayanacaqlarda, bir sözlə, insanların kompakt toplaşa biləcəyi bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır. O cümlədən xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Yaşayış binalarının ətraflarında, girişlərində, liftlərdə, pilləkən qəfəslərində və həyətlərdə dezinfeksiya işləri həyata keçirilir.

Abşeron ərazisində maarifləndirmə işlərinin də fasiləsiz olaraq aparılması rayon operativ qərargahının diqqət mərkəzində saxlanılır. Üzvlərinin sayı 100-dən çox olan təbliğat qrupları tərəfindən rayonun bütün kənd və qəsbələrində “küçə-küçə, ev-ev”prinsipi ilə maarifləndirmə işləri həyata keçirilir, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri sakinlərə çatdırılır və onlara evdə qalmaları tövsiyə edilir. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin və könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman pereperatları ilə təmin olunması həyata keçirilir. Rayon İcra Hakimiyyətinin rəsmi “fecebook” səhifəsində və internet resurslarında “evdə qal, həyaları xilas et!” devizi altında çağırışlar edilir.


Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır -
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır -
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır -
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...