"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

"Azərişıq" ölkəyə yeni smartkart qurğuları gətirib

Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader" cihazlarının təqimatını keçirib.

"Report" xəbər verir ki, təqdimatı qurumun İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov edib.

O deyib ki, yeni cihazlar smartkartların ev şəraitində yüklənməsinə şərait yaradacaq: "Bilirsiniz ki, son aylarda koronavirus pandemiyası ilə bağlı ölkəmizdə işlər aparılır. "Azərişıq" olaraq biz də bu işlərə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, "Azərişığ"ın mobil əlavəsinə etdiyimiz yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız android əməliyyat sistemli telefonlar üzərindən bu mümkündür. Amma yaxın günlərdə android platforması üzərindən də bunu etmək mümkün olacaq".

"Azərişıq" təmsilçisinin sözlərinə görə, bu avadanlıqlar 300 mindən çox abunəçinin işini asanlaşdıracaq: "Hazırda "Azərişığ"ın 550 minə yaxın smartkart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smartkartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mindən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smartkart sayğaclarında da bunu istifadə etmək mükün olacaq.

Hazırda "SMART card reader"lərdən təxminən 3 000 ədəd gətirilib. Onların qiyməti 18-20 manat civarında olacaq. Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən əldə edə biləcəklər".
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...