Gənclər şəhidlərimizin xatirəsini yad edirlər

Gənclər şəhidlərimizin xatirəsini yad edirlər

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq, “Biz birlikdə güclüyük” şüarını rəhbər tutan gənclərin başladıqları, şəhidlərimizin xatirəsinə hörmət və ehtiramın ifadəsi olan aksiya ölkəmizin müxtəlif şəhər və rayonlarında davam etdirilir.

Belə ki, vətəndaşların əksəriyyətinin, o cümlədən şəhid ailələrinin üzvlərinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində evdə qaldığı bir dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş qəhrəmanlarımızın məzarlarına baş çəkən gənclər şəhid qəbirlərinin ətrafını təmizləmiş, ərazini səliqəyə salıblar.

Gənclər bu nəcib hərəkətləri ilə şəhidlərin xatirəsini hər zaman əziz tutduqlarını, hazırkı mürəkkəb epidemioloji dövrdə onların ailələrinin qayğılarına şərik çıxdıqlarını və vətəndaşlıq borclarını layiqincə ödəməyi həyat amallarına çevirdiklərini nümayiş etdiriblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...