Azərbaycanda 5G ajiotajı: Təhlükə nə qədərdir?

Azərbaycanda 5G ajiotajı: Təhlükə nə qədərdir?

Dünyanın aparıcı institutlarının, ekspertlərinin rəyi ondan ibarətdir ki, 3G və 4G ilə bağlı təhlükə nə qədərdirsə, 5G ilə bağlı təhlükə də o qədərdir.

Azərbaycan internet forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, 5G üçün qoyulacaq standratlara əməl olunmadığı halda, təbii ki, təhlükə qaçılmaz ola bilər. Ekspert hazırda yaranmış və gündən-günə artan ajiotajın səbəbini biznes maraqlarında görür.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayaraq Azərbaycanda 5G texnologiyasının tətbiq olunmadığını bildirib.

Məlumata əsasən, texnologiya sadəcə bir müddət öncə “Bakutel-2019” çərçivəsində pilot layihə olaraq paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...