Kənd Təsərrüfatı Nazirliyi: DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir

Kənd Təsərrüfatı Nazirliyi:
Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb.

Bu barədə Modern.az-a məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov media nümayəndələrinin nəzərinə çatdırıb ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir:

"Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...