Azərbaycanda 18 məhkum koronavirusa yoluxub, 2-si azadlığa buraxılıb

Azərbaycanda 18 məhkum koronavirusa yoluxub,
Azərbaycanda koronavirusa yoluxan məhkumların sayı açıqlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərin nəticələri pozitiv çıxıb: “Bu şəxslərdən ikisi vaxtından əvvəl şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...