Güclü yağış daşqınlara səbəb oldu: Qobustana sel gəldi -

Güclü yağış daşqınlara səbəb oldu: Qobustana sel gəldi -

Qobustanım Poladlı kəndində güclü sel ciddi fəsadlar törədib.

Gundeminfo.az Baku.tv-yə istinadən xəbər verir ki, bu gün günorta saatlarında başlayan güclü leysan ardınca gələn sel suları Pirsaat çayında daşqınlara səbəb olub.

Hadisə zamanı yoldan keçən avtomobili sel aparıb. Xoşbəxtlikdən sürücü ətrafdakı insanların köməyi ilə canını xilas edə bilib.

Güclü sel kənd evlərinə dolub, həyətyanı sahələr sel sularının altında qalıb. Sel kəndlilərin bostan sahələrinə və nar bağlarına ciddi ziyan vurub.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub. Hazırda təbii fəlakətin kəndə vurduğu ziyan hesablanır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...