Ürəyindən əməliyyat olunan gənc Tovuza “qaçdı”

Ürəyindən əməliyyat olunan gənc Tovuza “qaçdı”
Ürəyindən əmiliyyat olmuş 20 yaşlı Abşeron sakini Mehman Əliyoldaşov könüllü olaraq cəbhədə xidmət etmək üçün Tovuzun Ağdam kəndinə gedib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov qeyd edib.

O bildirib ki, 20 yaşlı gənc səhhətli ilə bağlı əsgərlikdə olmasa və hərbi biliklərə yiyələnməsə də, əsgərlərə digər işlərdə kömək etmək istəyir:

“2000-ci il təvəllüdlü Mehman Əliyoldaşov Abşeron rayonu Hökməli qəsəbə sakinidir. Mehman bir neçə gündür Bakıdan çıxaraq Tovuza gəlib. O, könüllü şəkildə cəbhədə xidmət etmək istəyir. Ürəyindən əməliyyat olunan Mehmanın hərbi xidmətə getməsi mümkün deyil. Lakin o könüllüdür. Mehman deyir ki, Ağdama gəlməsindən ailəsinin xəbəri yoxdur. Yalnız Ağdama çatdıqdan sonra ailəsinə xəbər edib. Mehman yol maşını ilə Bakıdan çıxıb. Pulu olmayan Mehman yolda cəbhə bölgəsinə getdiyini deyərək, tanımadığı insanlardan yol pulu alıb. Sonra da Tovuza gəlib. Ağdam istiqamətində postlar olduğu üçün maşınlardan birinin yük yerində gizlənib. Ağdam kəndi ərazisində postda xidmətdə olan hərbçilər və polis əməkdaşları onu görüblər.

Mehman hazırda Ağdam yaxınlığındadır. Könüllü olaraq cəbhəyə getmək, əsgərlərə kömək etmək istəyir. Mehman deyir ki, ən azından burada qalıb, əsgərlərə istənilən işdə kömək etmək istəyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...