Marşrutların istiqamətinin dəyişdirilməsi nə vaxtadək davam edəcək?

Marşrutların istiqamətinin dəyişdirilməsi nə vaxtadək davam edəcək?


Bakıda marşrutların istiqamətlərinin dəyişiklikliyi “Baku Bus” MMC-nin yeni avtobuslarının xəttə buraxılmasına qədər davam edəcək. Bunu Trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, “Baku Bus” MMC-yə məxsus avtobuslar 12 xətt üzrə fəaliyyət göstərəck. Ş.Mehmanqızı “Baku Bus” MMC-nin avtobuslarının hamısı xəttə buraxılana qədər sərnişinləri səbrli olmağa çağırıb: “Sərnişinlərdən bir qədər anlayışlı və səbrli olmalarını xahiş edirik. Hələ ki, “Baku Bus” MMC-nin 5 xətti fəaliyyətə başlayıb. Bu yaxınlarda “Baku Bus” MMC-nin 2 saylı avtobusları fəaliyyətə başladı. Həmin xətdə artıq biz dəyişiklik həyata keçirmişik”.

Qalan 7 xəttin fəaliyyətə başlamasına qədər marşrutların optimallaşdırılmasının davam etdiriləcəyini qeyd edən qurum rəsmisi bildirib ki, bu barədə konkret vaxt məlum deyil: “Baku Bus” MMC-nin yeni marşrutları xəttə buraxılan kimi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həmin xətdə fəaliyyət göstərən köhnə avtobuslar başqa marşrutlara yönləndirilir”.

Qeyd edək ki, bu gündən etibarən Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqamətində dəyişikliklər edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...